Xəbər lenti

Azərbaycanlı hərbçi həlak oldu - Video
Dünya16:14 29.01.2015

Azərbaycanlı hərbçi həlak oldu - Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynada ordusunda separatçılara qarşı döyüşən azərbaycanlı hərbçi həlak oldub.

Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, həmyerlimiz Bəşirov Tahirin Luqansk vilayətində separaatçılarla gedən döyüşlərdə həlak olduğu bildirilir.

Ukrayna ordusunda xidmət edən 30 yaşlı Tahir Bəşirovun minaya düşdüyü bildirilir. Soydaşımız bu gün Kiyev şəhərində dəfn olunub.

Məlumata görə, dəfn mərasimində Ukraynanın rəsmi nümayəndələri ilə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da iştirak edib.

ANS PRESS-in əldə etdiyi məlumata görə, son döyüşlərdə daha bir azərbaycanlı hərbçi yaralanıb. Hazırda həmin şəxsin kimliyi ilə bağlı araşdırmalarımız davam edir.

Qaynar.info