Xəbər lenti

Azərbaycanlı ifaçı Rusiyanın “Birinci kanalı”nda aparıcı olacaq (FOTO/VİDEO)
Maqazin14:57 01.07.2019

Azərbaycanlı ifaçı Rusiyanın “Birinci kanalı”nda aparıcı olacaq (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı ifaçı, Rusiyanın "Birinci kanalı”nda yayımlanan "Səs. Uşaqlar-3” populyar musiqi yarışının finalçısı Azər Nəsibov "Səs. 60+” müsabiqəsində aparıcı qismində ekranlara çıxacaq. 
Oxu.az "Sputnik”ə istinadən xəbər verir ki, Azər tezliklə çəkilişləri başlayacaq sözügedən layihənin aparıcılarından biri olacaq.
O, sevinc hisslərini bu cür dilə gətirib:
"Mən yenə də "Səs” yarışındayam. Aparıcı olmaq məsuliyyətli və çətindir. Bir neçə dəfə bu layihədə jurnalist qismində iştirak etmişəm. Dəvət üçün "Birinci kanalı”a təşəkkürümü bildirirəm”.
Rusiya teleməkanında yayımlanacaq "Səs. 60+” musiqi yarışı "The Voice Senior” Niderland formatına uyğunlaşdırılıb.
Qeyd edək ki, A.Nəsibov Moskva kollecinin estrada-caz fakültəsində təhsil alır. O, Moskvada bir çox tədbirlərdə iştirak edir.