Xəbər lenti

Azərbaycanlı iş adamı həbs edildi
Ölkə10:12 04.04.2015

Azərbaycanlı iş adamı həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya məhkəməsi “Zarya” ASC-nin direktoru müavini, 49 yaşlı Hüseynqulu Nəcəfovun həbs olunmasına qərar verib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şirkət Kazanda yanan “Admiral” ticarət mərkəzinin icarədarları ilə qarşılıqlı əlaqəyə görə məsuliyyət daşıyır. Nəcəfov may ayının 11-nə qədər həbsdə qalacaq. 

Tatarıstan prokurorluğunun məlumatına görə, məhz Nəcəfovun göstərişi ilə icarə haqqında müqavilələr bağlanılıb. Bu müqavilələr əsasında obyekt qanunsuz formada, ticarət mərkəzi kimi istifadə olunub. Eyni zamanda obyektdə yanğın təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. 

Qeyd edək ki, Kazan şəhərindəki “Admiral” ticarət mərkəzində baş verən yanğın zamanı 16 nəfər ölüb. 

Ölənlərdən üçü Azərbaycan vətəndaşı olub. Ticarət mərkəzi iş adamı ticarət mərkəzi Hüseyn Qəhrəmanova məxsus olub.

Qaynar.info