
Azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” şirkəti Siciliyada İtaliyanın “ERG” şirkətinə məxsus olan neftayırma zavodunun son 20 faiz aksiyasına 400 milyon avro ödəyərək alıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2.352 milyard dollar dəyəri olan zavod Siciliyanın Priolo şəhərində yerləşir. Zavodun rentabelliyini artırmaq üçün Vahid Ələkbərov İraq neftini bu işə cəlb etmək fikrindədir.
Qaynar.info