Xəbər lenti

Azərbaycanlı iş adamının 1,5 milyonu oğurlandı
Ölkə07:40 16.07.2014

Azərbaycanlı iş adamının 1,5 milyonu oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada azərbaycanlı iş adamı və onun mühafizəçiləri naməlum şəxslər tərəfindən qaçırılıb.

Qaynar.info xəbər verir ki, APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə iyulun 15-də “Pulkovo” aeroportunda baş verib.
 
Məlum olub ki, xüsusi təyinatlıların geyimində olan 6 nəfər azərbaycanlı biznesmenin olduğu avtomobilə yaxınlaşıblar və orada əyləşən şəxslərin əllərinə qandal vururaraq naməlum istiqamətə aparıblar.
 
Bir müddət sonra quldurlar azərbaycanlı iş adamını və onun mühafizəçilərini Volxonsk şossesində maşından düşürüblər. Onların üzərində olan mobil telefonları və 1,5 milyon dolları isə özləri ilə aparıblar.
 
Rusiya mətbuatının yazdığına göpə, azərbaycanlı biznesmen Sankt-Peterburqa Dubaydan gəlib. O, burada özünə ev almaq istəyirmiş.

Qaynar.info