Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşları Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Namiq Məmmədov və Ruslan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Azvision.az-ın məlumatına görə, məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə saat 11:00-da başlayıb.
Qeyd edək ki, ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində radikal dini qruplaşmara qoşulan 26 Azərbaycan vətəndaşı tutulub.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılıb.
Qaynar.info