Xəbər lenti

Azərbaycanlı məşhur müğənnilərin ölkədən çıxışına Qadağa
Maqazin12:10 02.11.2016

Azərbaycanlı məşhur müğənnilərin ölkədən çıxışına Qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin cədvəlini müəyyənləşdirib. 

Qaynarinfo.Az xəbər verir ki, həmin siyahıda əməkdar artist Aygün Bəylər və müğənni Ramal İsrafilovun adı var. Adı çəkilən ifaçılar borclarını ödəməyənə qədər ölkə xaricinə gedə bilməzlər. 

Qeyd edək ki, əməkdar artist Abbas Bağırovun da 30 min vergi borcu olduğu deyilmiş, ölkədən çıxışına qadağa qoyulmuşdu. A.Bağırovun adı siyahıda yenə də yer alıb.

Qaynarinfo.Az