Xəbər lenti

Azərbaycanlı məşhurlar formasını necə qoruyur? - SORĞU
Ölkə12:10 15.07.2016

Azərbaycanlı məşhurlar formasını necə qoruyur? - SORĞU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daim formda qalmaq və düzgün bədən quruluşuna sahib olmaq hər kəsin arzusudur. Bu hal xüsusilə də göz önündə olan sənət adamları üçün önəmlidir. 

"Qaynarinfo.Az" bu dəfə tanınmışların bədən formalarını qorumaq üçün dieta saxlayıb-saxlamadıqlarını və formalarını necə qoruduqlarını araşdırıb.  

İlk sualımız müğənni Murad Arifə oldu. O artıq çəkilərindən qurtulmaq üçün dietoloqla işlədiyini dedi: "Mən dietoloq Leyla Zülfüqarova sayəsində sırf pəhrizlə 25 kq itirdim. Hazırda qalıcı pəhrizdəyəm. İtən çəkilər qayıtmayıb".

Müğənni Aysel Əlizadə: "Dieta saxlamıram, amma yay aylarında az yeyib, qidalanmaya diqqət edirəm. Gündə 1 dəfə yemək yeyirəm, qalan saatlarda isə meyvə və tərəvəz yeyirəm. Bunun effektini də təbii ki, görürəm. Əsas odu ki, yediyim hər şeyin qədərini bilirəm".

Aparıcı Şəhriyar Əbilov: "Dieta saxlamıram. Formada qalmağımın səbəbi genetikdır. Çalışıram saat 6-dan, 7-dən sonra çörəkli yemək yeməyim. Hər gün yarım saat idman edirdim. O da məni formada saxlayırdı. Amma artıq idmanı buraxmışam".

Xalq artisti Gülyanaq Məmmədova: "Dieta demək olar ki, saxlamışam. Sadəcə həmişə doğumdan sonra bir az köklük olur məndə. O zaman çörəyi az yeyirəm və gəzirəm. Keyfim yaxşı olanda və yaxşı dincələndə kökəlirəm. Bir az əsəbləşib stress yaşayan kimi arıqlayıram".

Zümrüd

Qaynarinfo.Az