Xəbər lenti

Azərbaycanlı milyarderin ofisinə basqın edildi
Dünya08:47 12.07.2013

Azərbaycanlı milyarderin ofisinə basqın edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya polisi iyulun 10-da ölkənin tanınmış iş adamlarından biri Azərbaycanlı milyarder Vaqif Məmişevin ofisində axtarış aparıb. “Fontanka” saytının məlumatına görə, məsələ külli miqdarda fırıldaqçılıqla bağlı ittihamlarla əlaqədardır.

Məlumata görə, gecə saatlarında mühasibatlıq sənədlərinin yükləndiyi mikroavtobus axtarış aparılan binadan uzaqlaşıb. Sayt iddia edir ki, polislərin “dəvətsiz” gəldikləri və axtarış aparılan bina Sank-Peterburqun tanınmış iş adamı Vaqif Məmişova məxsusdur.

Ancaq azərbaycanlı milyarderin ofislərindən birinin yerləşdiyi binada axtarış aparılması xəbərinə rəsmi dairələrdən münasibət almaq mümkün olmayıb. Rəsmi dairələrdən Sergey Umnov, Mixail İlin, Aleksey Brilliantov, Aleksandr Mixaylova edilən müraciətlər cavabsız qalıb. Adı çəkilən şəxslərdən heç biri iş başında olmayıb və məzuniyyətdə olduqlarını bildiriblər.

Təkcə polis rəisi Konstantin Vlasov mətbuatın sualını cavablandırıb. Ancaq o da cavabında “Məmişev kimdir?” deyib.

Qeyd edək ki, Vaqif Məmişev tikinti və lizinq şirkətlərinin daxil olduğu “Konrad” şirkətlər qrupunun sahibidir. O həmçinin Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri, bir çox dövlət mükafatlarını laureatıdır. Ona hətta “Vətənə xidmətinə görə” ordeni də verilib. Ancaq iddialara görə, araşdırmalar onun birbaşa özü ilə yox qardaşı Asiflə əlaqədardır. /aznews.az/

Qaynar.info