Xəbər lenti

Azərbaycanlı milyarderlərin xanımları - FOTOLAR
Maqazin13:40 22.03.2017

Azərbaycanlı milyarderlərin xanımları - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycandan kənarda  öz bizneslərini qurub, milyardlar qazananazərbaycanlı milyarderlər  dəfələrlə “Forbes” jurnalının siyahısınadaxil edilib. Mübariz Mənsimov, Araz Ağalarov, Vahid Ələkbərov, Telmanİsmayılov bu sıradan olan milyarderlərdir. Həm biznesləri, həm də şəxsihəyatları daim ictimaiyyətin diqqətini çəkən bu şəxslərin bəs xanımlarınə ilə məşğuldur?   

Qeyd etməliyik ki, dünyanın digər milyarder şəxslərinin həyatyoldaşlarından fərqli olaraq azərbaycanlı milyarderlərin xanımlarıfəaliyyətləri ilə o qədər də diqqəti cəlb etmir.

Türkiyədə yaşayan azərbaycanlı iş adamı və “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun xanımı Tamara Mənsimova Türkiyəninən cazibədar və zövqlü xanımlarından biri hesab edilir. Belə ki, o,Türkiyə mətbuatının gündəmində daim getdiyi ziyafətlərdə geydiyipaltarlar və cəlbediciliyi, şarmı ilə diqqəti çəkir. Eyni zamanda məşhuriş adamının həyat yoldaşı Türkiyədə bir sıra fondlara etdiyi köməklə dədiqqət mərkəzində olur.

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun xanımı Larisa Viktorovna Ələkbərovların ailəvi xeyriyyə fondunun direktorudur.

Digər iş adamı, Rusiyada yaşayan “Krokus” Şirkətlər Qrupunun sahibi Araz Ağalarovun həyat yoldaşı İrina Ağalarova milliyyətcəyəhudidir. Həyat yoldaşının hər zaman dəstəyini aldığını qeyd edənİrina Ağalarovanın “Krokus siti molle”də hədiyyə və paltarlar mağazasıvar.

Rusiyada yaşayan iş adamı və AST Şirkətlər qrupunun prezidenti Telman İsmayılovun xanımı Samira İsmayılovadigər milyarder xanımlarından fərqli olaraq arxa planda qalmağaüstünlük verir. Samira İsmayılova hər hansı fəaliyyətinin olmaması ilədiqqət çəkib. Onun adı çəkildiyi iki  məlumat var. Birinci onun həyatyoldaşı tərəfindən içərisində böyük brilliant fili olan mücrü alması,digər isə Telman İsmayılovun həyat yoldaşı ilə məşuqəsinin eyni oteldəqalması xəbərləridir (modern.az)

 Qaynar.Az