Xəbər lenti

Azərbaycanlı milyonçudan Ebru Gündeşə 1 milyonluq hədiyyə
Ölkə08:10 21.02.2013

Azərbaycanlı milyonçudan Ebru Gündeşə 1 milyonluq hədiyyə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir zamanlar geyindiyi paltarlarla tənqid hədəfi olan türkiyəli müğənni Ebru Gündeş azərbaycanlı milyonçu Rza Zərrabla evləndikdən sonra məşhur brendlərdən istifadə etməyə başladı.

Qaynar.info-nun məlumatına görə, Ebru Gündeş indi də kral və kraliçaların avtomobili olan "Rolls-Royce"la gəzməyə başlayıb.

Ebru Gündeşi xoşbəxt etmək üçün milyonlarla dollar dəyərində ev və hədiyyələr alan Rza Zərrab sentyabrda xanımına 960 min avroya "Rolls-Royce Ghost Family" alıb. Buna baxmayaraq, müğənni ərinin ona bağışladığı milyonluq avtomobili iki gün əvvəl ortaya çıxarıb.

Türkiyə mətbuatının yazdığına görə, Rza Zərrab avtomobilə görə, 1 milyon türk lirəsi dəyərində vergi də ödəyib.

Qaynar.info