Xəbər lenti

Azərbaycanlı milyonçular pələng əti yeyirmiş
Dünya13:07 29.01.2015

Azərbaycanlı milyonçular pələng əti yeyirmiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada azərbaycanlı milyonçuların bazarında polis yoxlama aparıb. 
Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata "Sadovod" bazarı ərazisində Amur pələngi və leopard əti, dərisi aşkarlanıb. 
Əməliyyatçılar bazarın ərazisində yerləşən "Şanxay" və "Anna-Liza" restoranlarında da yoxlama aparıblar. Burada hüquq mühafizə orqanı əməkdaşları iki heyvan dərisi, onların başlarını, eləcə də 50 kq ət tapıblar. 
Adı qırmızı kitaba düşən heyvanların ovlanması və qanunsuz istifadəsi ilə bağlı cinayət işi açılıb. Şübhəli şəxs qismində bir Vyetnam vətəndaşı da saxlanılıb. 
Xatırladaq ki, qara bazarda bu nadir heyvanların ətinin bir kiloqramı 100 min, başları 250 min rubldur. Dərilərin diqməti isə 700 min rubldan başlayır. Amur pələngi və leopard "Qırmızı kitab"a düşüb. 
Bu heyvanların ətindən şərq mətbəxindəki yeməklərin hazırlanmasında, eləcə də xüsusi dərman preparatlarının hazırlanmasında istifadə edilir. 
Qeyd edək ki, "Sadovod" bazarının sahibləri əsln azərbaycandan olan iş adamları Zaxar İliyev və Qod Nisanovdur. İliyev "Forbes"in "Rusiyanın ən varlıları" siyahısında 35, Nisanov isə 37-cidir. 
Bazardan başqa "Evropeyski" kimi nəhəg ticarət mərkəzi, "Ukrayna" mehmanxanası və bir sıra böyük obyektlərdə adıçəkilən iş adamlarına məxsusdur. 
Qaynar.info