Xəbər lenti

Azərbaycanlı müğənni qısa geyindi, təhqir olundu - FOTO
Maqazin14:59 25.01.2015

Azərbaycanlı müğənni qısa geyindi, təhqir olundu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni İradə İbrahimovanı "Gündəlik" verilişində geyindiyi libasa görə sosial şəbəkədə tənqid ediblər. Qaynar.inof axşam.az-a istinadən xəbər verir ki, paltarlarından danışan ifaçı geyim seçərkən hər zaman tamaşaçıların zövqünü nəzərə aldığını deyib:
"Çoxlarınız bu paltarı bəyənmədiniz, amma mən alarkən hər kəsin xoşuna gələcəyini düşünmüşdüm.  Səhv edə, zövqümdə yanıla bilərəm. Libas alarkən, makiyaj edərkən, saçımı düzəltdirərkən hər zaman kənardakıları da düşünürəm. Heç olmasa onun xətrinə yazdığınız cümlələrə fikir verin. Sizlərdən sevgi istəmirəm. Onsuz da sevgidən qıtlıq çəkdiyinizi görürəm, amma hörmət qoymaq haqqında düşünsəniz pis olmaz. Əsasən də təhqir etməkdə, nalayiq sözlər yazmaqda fəal olan həmcinslərimə səslənirəm. Məni həm təəccübləndirir, həm də utandırırsınız. Bəlkə də yazdıqlarıma görə məni qınayacaqsınız, deyəcəksiniz: "Ay İradə, yazdığın bu cümlələrin hamısı əbəs yerədir". Ümidsiz yaşamaq olmaz. Allah böyükdür, sözlərim indi də olmasa, bir gün fayda verər"
Qaynar.info