Xəbər lenti

Azərbaycanlı müğənni Türkiyədə seriala çəkiləcək
Ölkə13:25 25.06.2016

Azərbaycanlı müğənni Türkiyədə seriala çəkiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Orxan Babazadə Türkiyədə serial təklifi alıb. 

Axşam.az-ın məlumatına görə, bu haqda ifaçı özü xəbər verib. 

O, yaxın günlərdə bunla bağlı İstanbula yola düşəcəyini deyib:

"İstanbulda olduğum zaman oranın tanınmış prodakşınlarından serialda çəkilmək dəvəti aldım. Türkiyənin ən məşhur aktyorları bu serialda çəkiləcək. Ssenarini oxuyanda obrazım çox xoşuma gəldi. Canlandıracağım rol bəy oğlu olacaq. İnşallah, yaxın günlərdə serialın rejissoru ilə görüşməyə gedirəm". 

O.Babazadə Mümin Sarıkayanın repertuarından oxuduğu "Mən yoruldum həyat" adlı mahnıya klip çəkdirəcəyini deyib:

"İstanbula gedəndə Mümin Sarıkaya ilə görüşəcəm. Ekran işində onunla görüşdən görüntülər də olacaq".

 Qaynarinfo.az