
Müğənni Fərhad Bakinski yeni klip çəkdirib.
Axşam.az-ın məlumatına görə, “Vozmi menya s soboy” adlanan mahnının sözləri və musiqisi sənətçinin özünə məxsusdur.
Tanınmış ifaçı klipində ukraynalı model Darina Prihodkonu çəkib. Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə olunub.
F.Bakinskinin “Vozmi menya s soboy”da rok qrupu da müşayiət edib. Çəkilişlərin bir hissəsi İçərişəhərdə baş tutub.
Bir-birinin ardınca yeni mahnılar təqdim edən F.Bakinski növbəti klipinin hazırlıqlarına başlayıb. O, bu dəfə də əcnəbi modelə müraciət edəcəyini deyib.
Qaynarinfo.az




