Xəbər lenti

Azərbaycanlı müğənnini vurub qaçdılar
Ölkə12:37 02.11.2016

Azərbaycanlı müğənnini vurub qaçdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Elnarə Xəlilovanın avtomobilini vurub qaçdılar. Müğənni bu barədə “Instagram” səhifəsində məlumat verib.
Onun maşınını vuran avtobusun fotosunu təqdim edən müğənni kömək istəyib: “90 VH 282 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobus səhər saat 10:15 radələrində ADA Universitetinin önündə işıqfordan tərpənər-tərpənməz hərəkət elədiyi 2-ci yoldan mənim yoluma, yəni birinci yola çıxıb məni sağdan vurdu və qaçdı. Bütün mediadan xahiş edirəm. Bu məsələni necə lazımdı işıqlandırsınlar və böyütsünlər. Menə maraqlıdır, bu avtobusların yiyəsi tapılacaq, ya yox?”(publika.az)
Qaynarinfo.Az