Xəbər lenti

Azərbaycanlı qadının qatili 13 il sonra tapıldı
Dünya18:33 07.11.2014

Azərbaycanlı qadının qatili 13 il sonra tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
13 il əvvəl İstanbulda parçalara ayrılmış halda tapılan azərbaycanlı qadının qatili tapılıb. Qaynar.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Həmkarlarımızın məlumatına görə, Tünzalə Dadaşova 2001-ci ilin 28 aprelində bıçaqlanaraq öldürüldükdən sonra qatil başını kəsərək Bakırköydə dənizə atıb, ayaqlarını və bədəninin qalan hissəsini bir əl arabasının içində Şişlidə küçəyə qoyub. Araşdırmalarını 13 il davam etdirən Türkiyə polisi bu günlərdə Mevlut S. adlı qatili yaxalayıb. Məhkəmə onun istintaq müddətində həbsdə qalmasına qərar verib.

Məlumatda bildirilir ki, 2001-ci ildə Tünzalə Dadaşovanın itkin düşməsi ilə bağlı oğlu Saleh Dadaşov polisə məlumat verib. Həmin vaxt polisə müraciət edən oğul anasından 3-4 gündü xəbər ala bilmədiyini və bu işdə Mevlüt S.-in əlinin ola biləcəyini bildirib. Bundan sonra polis həmin şəxsi saxlasa da, ancaq qadını görmədiyini dedikdən sonra azadlığa buraxmışdı.

Bir neçə gün əvvəl polis Tünzalə Dadaşovanın telefonun sonuncu dəfə Mevlut S.-in evinin yanında siqnal verdiyini müəyyənləşdirib. Hətta onların qətl günü görüşdüyü də məlum olub. Bundan sonra Gemilikə köçən qatilin həbsi üçün əməliyyat keçirilib. Mevlüt S. həbs olunarkən maraqlı məqam diqqəti çəkib. Belə o, həbs olunarkən polislərdən bunun səbəbini soruşub. Bir asayiş keşikiçisi isə sadəcə 3 kəlmə deyib: "2001, İstanbul, Təzəgül". Bu sözləri eşidən qatil əlləri ilə başını tutaraq yerə oturub və İstanbula gələnə qədər heç nə danışmayıb.

Qaynar.info