Xəbər lenti

Azərbaycanlı “qanuni oğru”ların müharibəsi başladı
Ölkə06:45 12.04.2014

Azərbaycanlı “qanuni oğru”ların müharibəsi başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Odessada “Veçerniy Baku” restoranında “Vaxa” ləqəbi ilə tanınan 39 yaşlı keçmiş azərbaycanlı “qanuni oğru” Baxış Əliyev dəfn olunub. “Vaxa”nın dəfn olunmasından sonra hüquq-mühafizə orqanları cinayəti araşdıran zaman maraqlı məsələlər üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, cinayətdə kriminal aləmdə tanınan “Albert Gəncinski” ləqəbli Əli Heydərov və “Lotu Quli” ləqəbli Nadir Səlofovun da adları hallanır. Məlum olub ki, “qanuni oğru”lar arasında müharibə 2013-cü ilin sonunda, bazarda yığılan xərac üztündə başlayıb.

“Qanuni oğru”lar arasında müharibədə Baxış Əliyev kriminal qanunla “Lotu Quli”ya uduzub. Lakin “Vaxa” məğlubiyyətini qəbul etməyib və müharibəni kriminal aləmdə qəbul olunmayan üsullarla davam etdirib. Nəticədə aprelin 7-də onu Odessada güllələyiblər.

Qeyd edək ki, Baxış Əliyevin əli ilə hüquq-mühafizə orqanları mart ayında Sankt-Peterburqda “Albert Gəncinski” ləqəbli Əli Heydərovu tutublar. Daha sonra “Lotu Quli”nun “sağ əli” sayılan İlham Hacıyev Moskvada saxlanılıb. Bütün bunların cavabı olaraq “Vaxa” öldürülüb (ANS PRESS).

Qaynar.info