
Bakıda konsert verməyə hazırlaşan müğənni Otilia azərbaycanlı sevənlərinə müraciət edib.
Axşam.az-ın məlumatına görə, ifaçı hər kəsi Ramazan bayramı münasibətiylə baş tutacaq konsertə dəvət edib.
Qeyd edək ki, təşkilatçılığını Nahid Emiloğlunun edəcəyi gecə iyulun 8-də “Sapfir” restoranda gerçəkləşəcək. Otilia ilə yanaşı səhnəyə türkiyəli müğənni Murad Dalkılıç da çıxacaq.
Konsertə biletlərin qiyməti 250 manatdan 300 manata kimidir. Qiymətə yemək də daxildir.
Ətraflı məlumat üçün (050) 706 40 40 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Qayanrinfo.az