Xəbər lenti

Azərbaycanlı uşaqlarla bağlı İraqa nümayəndə göndərildi
Ölkə15:50 06.04.2018

Azərbaycanlı uşaqlarla bağlı İraqa nümayəndə göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqdakı azərbaycanlı qadınların və uşaqların ölkəyə gətirilməsi istiqamətində işlər aparılır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir deyib: "Mən İraqın xarici işlər nazirinin müavini ilə də bugünkü görüşümdə bunu xüsusilə müzakirə etdim. Bu, olduqca çətin məsələdir və yalnız Azərbaycan tərəfindən asılı deyil. İraq tərəfi də bununla bağlı araşdırma aparır. Bu vaxt aparan məsələdir. Azərbaycandan oradakı vətəndaşlarımızla görüşmək üçün nümayəndə heyəti gedib”.