Xəbər lenti

Azərbaycanlı vəhhabinin xanımından şok açıqlamalar - VİDEO
Ölkə13:11 13.02.2014

Azərbaycanlı vəhhabinin xanımından şok açıqlamalar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyaya gedən 34 yaşlı Soltan Mirzəyevin həyat yoldaşı “Meydan TV”yə danışıb.

O, 2013-cü ilin avqustundan Suriyada gedən döyüşlərə qatılıb və 3 yanvarda döyüşlərdə həlak olub. Vəhabinin xanımı Mətanət Mirzəyeva yoldaşının Suriyaya gedərkən cibində 5 manat olduğunu və bütün xərcləri onun vəhabi yoldaşlarının qarşıladığını bildirir. S. Mirzəyev Suriyada 4 ay təlim keçdikdən sonra döyüşlərə buraxılıb. O, Bəşər Əsədin qoşunlarına qarşı vuruşub.

Konfiliktoloq Arif Yunus şəxsi məlumatlarına əsasən bu vaxta qədər Suriyada 44 Azərbaycan vətəndaşının vəfat etdiyini bildirir. Onlardan 33 nəfəri sələfi, 11-i şiədir . Vəhabilər Əsədə qarşı Əl-Qaidə təşkilatında, şiələr isə Əsədi müdafiə edənlərin qoşununda döyüşürlər./Qafqazinfo