Azərbaycanın tanınmış xanım aparıcısı canlı verilişdə göstərilən ailə dramını öz faciəsi kimi ağladıMilli.Azxəbər verir ki, bir neçə il əvvəl 6 ailə üzvünü dəhşətli yol qəzasındaitirən “Space” telekanalının aparıcısı Zamirə Dadaşova öz verilişindəçətin anlar yaşayıb.
Z.Dadaşovanın aparıcı olduğu “Siqnal”verilişində Azərbaycan rayonlarından birində 4 gəncin yol qəzasındaölməsi ilə bağlı süjet gedib. Həmin süjetdə ölən gənclərin əzizlərininürəksızladan sözləri, onların yan-yana olan məzarı başında analarınınfəryadı Z.Dadaşovanı çıxılmaz duruma salıb.
Süjet bitəndən sonracanlı efirdə Z.Dadaşova verilişi davam etdirmək istəsə də, qəhər onuboğub, özünü saxla bilməyərək göz yaşı töküb. Onu bu vəziyyətdən qonağıolan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çıxarıb.O, aparıcının danışa bilmədiyini görərək söhbəti özü davam etdirib.
Onu da qeyd edək ki, Z.Dadaşova bir neçə il əvvəl yol qəzasında ana, bacı, qardaş və bacısının iki azyaşlı balasını itirib.
Qaynar.info