Xəbər lenti

Azərbaycanlı yazıçıya 5 il həbs
Dünya05:15 25.04.2015

Azərbaycanlı yazıçıya 5 il həbs

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moldovada Azərbaycan əsilli jurnalist və yazıçı Eduard Bağırova beş il həbs verilib. Anspress-in məlumatına görə, Qərar Kişinyov məhkəməsi tərəfindən verilib. Qərarın icrası yazıçının tutulmasından sonra başlanacaq.
Yazıçı-jurnalist "Moldovada ictimai-siyasi vəziyyətin destabilizasiyasına cəhd", "5 aprel 2009-cu il tarixində keçirilmiş parlament seçkilərinin nəticəsinə təsir etmək məqsədi ilə təxribatçı hərəkətlər" iddialarında ittiham olunur.
Prokurorluq iddia edir ki, yazıçı 2009-cu ilin aprelində Moldovada ixtişaşlarda fəal iştirak edib. Nəticədə, narazı müxalifətçilər parlament seçkilərinin nəticələrinə reaksiya olaraq Prezident Administrasiyasının və Parlamentin binasını dağıdıb.
Qeyd edək ki, E.Bağırov 2011-ci ilin iyununda Kişinyovda saxlanılıb və dörd ay ərzində istintaq təcridxanasında saxlanılıb. Daha sonra barəsində verilən tədbir ev həbsi ilə dəyişdirilib. Yazıçı oktyabrın 19-da Dnestryanı vasitəsilə Rusiyaya qaçıb. Onun barəsəində Kşinyov tərəfindən beynəlxalq axtarış elan edilib.
Qaynar.info