Xəbər lenti

Azərbaycanlılar Latviyada çox sayda mülk alıb
Dünya10:37 14.02.2016

Azərbaycanlılar Latviyada çox sayda mülk alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2015-ci ildə 36 Azərbaycan vətəndaşı Latviyada daşınmaz əmlak əldə edib. Qaynar.info Report-a istinadən xəbər verir ki, bu barədə Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri üzrə İdarəsinin məlumatında bildirilir.
Statistikaya əsasən, 2015-ci ildə Latviya vətəndaşlığı almaq üçün ərizə verən əcnəbilər tərəfindən 273 daşınmaz əmlak əldə olunub. Bu, 2014-cü il ilə müqayisədə 8,2 dəfə azdır.
Xarici investorlara vətəndaşlıq verilməsi proqramı 1 iyul 2010-cu il tarixindən qüvvədədir.
2015-ci ildə alınan daşınmaz əmlakın coğrafiyasına Riqa, Yurmala, Babitsk, Qarkalnsk, Sesissk, Ozolniyeks, Adajsk və Bauski şəhər və əyalətləri daxildir.
Vətəndaşlıq alanlar arasında 672 Rusiya, 136 Ukrayna, 117 Çin, 56 Qazaxıstan, 45 Özbəkistan, 20 Belarus, 17 Misir, 12 İsrail və Türkmənistan vətəndaşı var.
Qaynar.info