Dünya 12:20 19.05.2022

Azərbaycanlıları təhqir edən məşhur erməni həbs edildi

İrəvan məhkəməsi tanınmış blogger və prodüser Armen Qriqoryanın həbsi ilə bağlı qərar qəbul edilb.

Qaynarinfo "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan məlumat verib. O bildirib ki, Qriqoryan 2 ay müddətinə həbs edilib.

Bundan əvvəl Milli Təhlükəsizlik Xidməti Qriqoryanın vətəndaşların milli ləyaqətini açıq şəkildə alçaltdığına görə saxlandığını bildirib. MTX-nin məlumatına görə, bloger müsahibələrinin birində Şirak və Ararat rayonlarının sakinlərinin milli ləyaqətini alçaldıb, onların milliyyətini şübhə altına alıb. 

Qriqoryan bir neçə il əvvəl verdiyi müsahibədə dağlıq rayonların sakinlərinin "tam qanlı ermənilər", aranlıların isə "yarıcins və yarıtürklər” olduğunu bildirib.

Video müxalifətin Gümrüdə planlaşdırılan mitinqi öncəsi internetdə yayılıb. Bu isə Şirak bölgəsinin sakinlərinin sərt reaksiyasına və hiddətinə səbəb olub.

Qriqoryan İrəvan Tibb İnstitutunun (YerMİ) Ermənistanda ilk KVN komandasının üzvü kimi tanınır. O, 1992 və 1994-cü illərdə ikiqat klub çempionu olub. Aktiv ictimai fəaliyyətlə məşğuldur. Rusiyayönlü fikirləri ilə tanınır. Həmçinin tez-tez Azərbaycan əleyhinə sərt və təhqiramiz ifadələr səsləndirir.

Aydın