Xəbər lenti

Azərbaycanlıların neçə faizi dindardır? - Beynəlxalq sorğu
Ölkə12:58 20.04.2017

Azərbaycanlıların neçə faizi dindardır? - Beynəlxalq sorğu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin “Barem” araşdırma mərkəzi və “WİN Gallup İnternational” beynəlxalq sorğu şirkəti dünyanın müxtəlif ölkələrində 66 minə yaxın şəxsin rəyini öyrənib. Təşkilatçılar respondentlərdən dindar olub-olmadıqlarını soruşublar.

Azərbaycan 67 ölkə arasında 53-cü sıradadır: sorğuya qatılan azərbaycanlı respondentlərin 35%-i dindar olduğunu bildirib.

Sorğuya əsasən, ən dindar adamlar Tailandda yaşayır. Novator.az-ın məlumatına görə, bu ölkədə respondentlərin 98%-i dindar olduğunu bəyan edib.

İkinci yerdə Nigeriya (97% özünü dindar sayır) gəlir.

Hindistanda əhalinin 94%-i özünü dindar sayır.

Pakistanda əhalinin 93%-i dindar olduğunu bildirib.

Ermənistanın göstəricisi 92%-dir.

İran 23-cü sırada yer alır: respondentlərin 77%-i dindar olduğunu bəyan edib.

Türkiyəlilərin 74%-i özünü dindar sayır.

Rusiyada özünü dindar hesab edənlər 61%, ABŞ-da 56%, Ukraynada 53%, Fransada 45%, İsraildə 39%, İspaniyada 37%-dir.

Almaniyada əhalilin 34%-i, Böyük Britaniyada 27%-i, Yaponiyada 13%-i özünü dindar sayır.

Sonuncu – 67-ci sırada Çin dayanır. Bu ölkədə respondentlərin 67%-i ateist olduğunu, 23%-i dindar olmadığını bildirib. Özünü dindar sayanlar 9%-dir. //Novator.az

Qaynar.Az