Xəbər lenti

Azərbaycanlıların yaşadığı kənddə xüsusi karantin rejiminin ləğv edilə bilər
Dünya09:20 07.05.2020

Azərbaycanlıların yaşadığı kənddə xüsusi karantin rejiminin ləğv edilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Kvemo Bolnisi (Kəpənəkçi) kəndində xüsusi karantin rejimi aradan qaldırıla bilər.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Kvemo Kartli bölgəsinin (Borçalı) qubernatoru Şota Rexviaşvili bildirib.
Onun sözlərinə görə, kənddə koronavirusa 6 nəfər yoluxub: "Həmin şəxslərin ikisi dünyasını dəyişib. Aprelin 6-dan etibarən kənddə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb”.
Qubernator epidemioloqlara müraciət edərək onları kənddə karantin qaydalarının ləğvi ilə bağlı tövsiyələr verməyə çağırıb.