
Moskvada Puşkin meydanında yerləşən "Piramida" ticarət mərkəzi tamamilə sökülüb.
Qaynar.info anspress-ə istinadən bildirir ki, azərbaycanlı biznesmen Ramin Sultanlıya aid "Piramida" ticarət mərkəzinin söküntüsü başa çatıb. İndi pavilyonlar olan ərazinin asfaltlanması planlaşdırlır.
Söküntü işlərinə fevral ayının 21-dən başlanılmışdı. Paytaxt rəsmiləri burada olan obyekt sahiblərinə kompensasiya ödənilməsi məsələsinə baxa biləcəklərini demişdilər. Məlumata görə, Ramin Sultanlı özü bu obyektin söküntüsündə şəxsən iştirak edib.
Rusiyada qanunsuz tikililərin sökülməsi ilə bağlı qərar ötən ilin 8 dekabrında qəbul edilib. Bura 104 təhlükəli qanunsuz tikili daxildir. Artıq 97 obyektin söküntüsü başlayıb. Onların əksəriyyəti metrostansiyaların yaxınlığında yerləşir. Söküntünün mart ayına kimi bitməsi gözlənilir.