Xəbər lenti

Azərbaycanlıya görə 3 min nəfər etiraz etdi - VİDEO
Dünya09:19 20.08.2013

Azərbaycanlıya görə 3 min nəfər etiraz etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada üç mindən çox bayker dostlarını öldürən azərbaycanlıya yüngül cəza verilməsinə etiraz ediblər. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 3 min baykerin imzaladığı petisiya regionun qubernatoru, Moskva vilayəti üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsinə və bölgə prokurorluğuna təqdim olunub. 

Qeyd edək ki, 47 yaşlı Leonid Frolovun ölümündə təqsirli bilinən Bəxtiyar Əliyevə iyul ayında məhkəmənin hökmü ilə bir il həbs cəzası verilmişdi. O, həbs müddətinin böyük bir hissəsini istintaq təcridxanasınd keçirdiyi üçün sentyabrın 19-da azadlığa buraxılacaq. 

Xatırladaq ki, hadisə “Merkuri” bazarında ötən ilin iyununda baş vermişdi. Bəxtiyar Əliyev mübahisə zəminində baykerin üzünə zərbə endirmiş, Frolos aldığı zərbədən huşunu itirərək qapalı kəllə-peyin tvamasından dünyasını dəyişmişdi. Polis azərbaycanlını ancaq 2 ay sonra baykerlərin  aksiyasından sonra tutmuşdu.

Qaynar.info