
Ramazan ayı ərzində Azercell abunəçiləri daha sərfəli şərtlərlə danışacaqlar
Azercell Telekom bu il də Ramazan bayramı münasibətilə SimSim abunəçiləri üçün yeni güzəştli kampaniya təşkil edib. 10 iyul–8 avqust 2013-cü il tarixlərində bu kampaniyaya qoşulan abunəçilər endirimli tariflə danışmaq imkanı əldə edəcəklər.
Belə ki, kampaniyanın şərtlərinə əsasən göstərilən tarix ərzində 5 AZN və ya daha yüksək nominalda kart yükləyən bütün Azercell Fakturasız Xətt abunəçiləri axşam saat 8-dən səhər saat 8-dək ölkədaxili 1 dəqiqə=5 qəpik tarifi ilə danışacaqlar.
Məlumat üçün bildirək ki, abunəçilərbu kampaniyadanyalnız ölkədaxili zənglər çərçivəsində yararlana bilər. Eyni zamanda, GəncSim abunəçiləri də,Ramazan kampaniyasında iştirak edərək, 3-cü dədiqədən sonra pulsuz danışa bilərlər.
Bu yeni kampaniya ilə Azercell öz abunəçilərinə müqəddəs Ramazan ayı ərzində doğmaları ilə daha yaxından ünsiyyət saxlamağa yeni bir imkan yaradır.
Qaynar.info