Xəbər lenti

"Azerconnect" şirkətindən Türkiyəyə 5 milyon TL dəstək
Ekonomiks11:32 10.02.2023

"Azerconnect" şirkətindən Türkiyəyə 5 milyon TL dəstək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azerconnect" şirkəti Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə 5 milyon türk lirəsi yardım edib.
Dəstək Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) edilib.
Bu dəhşətli zəlzələdə həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı, xəsarət alanlara isə şəfa diləyirik. Türkiyənin bu faciənin fəsadlarını ən qısa zamanda aradan qaldıracağına inanırıq!
Azerconnect ölkənin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir. 
Azerconnect "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.