Xəbər lenti

“Azəriqaz” rəhbərliyi 1 aylıq maaşlarının 50%-ni koronavirusla mübarizəyə köçürdü
Ekonomiks12:46 03.04.2020

“Azəriqaz” rəhbərliyi 1 aylıq maaşlarının 50%-ni koronavirusla mübarizəyə köçürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyada yayılmış koronavirusun (COVID-19) Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu Fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, Birlik də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin bir aylıq vəzifə əməkhaqqının 50%-i miqdarında (ümumilikdə 180 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.