Xəbər lenti

“Azəriqaz” rəhbərliyinin Göyçay sakinləri ilə görüşü olacaq
Ekonomiks13:43 28.02.2022

“Azəriqaz” rəhbərliyinin Göyçay sakinləri ilə görüşü olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. 
Qaynarinfo xəbər verir ki, birlik rəhbərliyinin "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Göyçay rayonunda təşkil olunacaq. 
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində (Əli Kərim adına şəhər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. 
"Səyyar qəbul otağı” martın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.