Xəbər lenti

“Azəriqaz”da üç departament rəisinin yeri dəyişdirildi
Ekonomiks06:50 13.10.2020

“Azəriqaz”da üç departament rəisinin yeri dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhərində fəaliyyət göstərən üç departamenti üzrə kadr dəyişikliyi aparılmaqla yerdəyişmələr olunub.
Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, Metrologiya Departamentinin rəisi Rauf  Radiq oğlu Əhmədov vəzifəsindən azad edilməklə Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi təyin olunub.
Zehin Məhəmməd oğlu Rəsulov Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsindən azad olunmaqla Metrologiya Departamentinin rəisi təyin edilib. Zamin Qurban oğlu Mehrəliyev isə Bakı Regional Qaz İstismarı Departamentinin rəisi vəzifəsindən azad olunmaqla Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsinə təyin edilib.