Xəbər lenti

“Azərsu”nun idarəsində ölüm
Ölkə13:45 02.05.2015

“Azərsu”nun idarəsində ölüm

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda usta bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ yolunda yerləşən “Azərsu” ASC-yə məxsus Nəqliyyat və Xüsusi Texnika idarəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Yaşar Nizami oğlu Vəliyev “Man” markalı avtomobili təmir edərkən yükqaldırıcının qırılması nəticəsində maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info