Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev vəzifəsindən ayrılıb.
Qaynarinfo xəbər verir ki, həmkarımız bu haqda şəxsi feysbuk səhifəsi vasitəsilə bildirib. O, açıqlamasında bu sözləri qeyd edib:
"Hər şeyin bir başlanğıcı olduğu kimi sonu da var. Bu gün Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi kimi sonuncu iş günümü keçirdim. Dostcasına, əl sıxaraq, halallaşaraq ayrılırıq. 8 il çalışdığım bu federasiya mənə hər zaman doğma olaraq qalacaq, oğlumun yarışlarını izləmək üçün tez-tez dostlarımın yanına gələcəyəm".
Pərviz bəy həm də "CBC Sport" telekanalında şərhçi kimi fəaliyyət göstərir. O açıqlamasında telekanaldakı fəaliyyətini davam etdirdiyini bildirib.
Səbuhi Həsənov