Çeçenistanın Kurçaloy şəhərində azyaşlı uşaq ölümdən son anda xilas olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yolu qaçaraq keçməyə çalışan azyaşlı sürətlə gələn avtomobili görməyib, lakin sürücü son anda uşağı vurmamaq üçün sükanı döndərə bilib.
Daha sonra digər sürücülər qaçaraq uşağın yanına gəlib və ona təsəlli veriblər.