Xəbər lenti

Azyaşlı uşaq avtomobilin altında qaldı
Ölkə10:37 19.08.2013

Azyaşlı uşaq avtomobilin altında qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 20.30 radələrində Şəki rayonu Çayqaraqoyunlu kəndinin ərazisində Turan qəsəbə sakini Elxan Məmmədov “Ford” markalı avtomaşını arxaya hərəkət etdirərkən kənd sakini, azyaşlı Kamal Musayevi vurub. 

Nəticədə uşaq hadisə yerində ölüb.

Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qaynar.info