Azərbaycanda məşhur şirniyyat evi məhkəməlik olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, AZZA Qapalı Səhmdar Cəmiyyəti (ASC) İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub.
Paytaxtın Sabunçu rayonunda yerləşən obyektlərinin biri İXM-nin 518.1 maddəsi ilə ittiham olunur. Belə ki, sözügedən şirniyyat evində yanğın təhlükəsizliyi ilə bağlı tələblər yerinə yetirilməyib. Bu maddəyə görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə olunur.
Sabunçu Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Anar Rzayev sədrlik edəcək.
Əhməd