Bacısının toyunun xərclərini qarşılamaq üçün işğal olunan ərazilərdə icazəsiz metal yığan şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 2005-ci il tarixdə Füzuli rayonunun Kərimbəyli kəndində doğulmuş O.Q. "Mitsubishi-Pikap" markalı avtomobillə icazəsiz olaraq Füzuli rayonunun Alxanlı kəndi ərazisində yerləşən stasionar polis postundan keçərək, işğaldan azad edilmiş ərazilərə gedib.
Geri qayıdanda isə avtomobilinin yük yerində işğaldan azad edilmiş ərazilərdən yığdığı metal hissələr aşkar edilib. O.Q. törətdiyi əməli ailəsinin maddi vəziyyətinin aşağı olması ilə əlaqələndirib. Bildirib ki, oktyabr ayında bacısının toy olacaq və xərcləri qarşılamaq məqsədilə metal qırıntılarını yığaraq, satmaq qərarına gəlib yığıb.
Məhkəmənin qərarı ilə, O.Q. 200 manat məbləğində cərimə edilib.
Aydın
Şərhlər