Xəbər lenti

Bağdadda kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb
Dünya11:09 24.07.2016

Bağdadda kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqın paytaxtı Bağdadın şimalında polis postunda kamikadzenin özünü partlatması nəticəsində ən azı 10 nəfər həyatını itirib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, insident bazar günü paytaxtın Əl-Kadimeyn rayonu ərazisində baş verib.

Ölənlər arasında 2 polis və 8 dinc sakin var. Polis və tibb xidmətlərindəki mənbələrin məlumatına görə, terror aktı nəticəsində daha 20 nəfər yaralanıb.

Qaynarinfo.Az