Xəbər lenti

Badamdar sürüşmə zonasında son vəziyyət
Ölkə06:25 27.10.2018

Badamdar sürüşmə zonasında son vəziyyət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Qaynarinfo-ya verilən xəbərə görə, sürüşmə zonasında monitorinqlər davam etdirilir. 
Bildirilib ki, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb.
Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.