"Yalanın əvəzi həmişə acı olur. Köçəryan, Saakyan, Arutyunyan, Vardanyan və bütün bu cinayətkarlar 35 il yalan danışdılar. Televiziyaları ilə Azərbaycanı ələ salıb, gənclərinə yalandan xəbərlər veriblər ki, guya biz Qarabağ erməniləri soyuqqanlıyıq, bizdən yaxşısı yoxdur”.
Qaynarinfo xəbər verir ki, bu sözləri erməni bloger Roman Bağdasaryan özünün "ArmVlog" YouTube" kanalında deyib.
O, Qarabağ xuntasının 35 ildir gənclərin psixikasını şikəst etdiyini bildirib:
"Oğlanların çoxunu narkomana çevirdilər. Arayik insanlara onları dolaşdırıb həbsxanaya atmağı öyrədirdi. Bütün bu mafiya 35 ildir ki, cinayətə cəlb olunanların sayını artırdığı vaxt İlham Əliyev təhsilə milyonlar xərcləyir, hərbçiləri planetin ən yaxşı institutlarına oxumağa göndərirdi. Tələbələrinin təhsil alması üçün milyonlar xərcləyib. Azərbaycan təhsilə, Qarabağ klanı isə pulu şouya və yalan təbliğata yatırıb”.
Alpər