Ənənəvi olaraq, abonentlərini müxtəlif problemlərlə üz-üzə qoyan Bakcell yenə də abunəçilərini aldatmaqla məşğuldur.
Bir sözlə, sözügedən mobil operator "yeni nəsil yüksəksürətli" Sür@ Data Kart adlandırdığı internet paketini müxtəlif yollarla abunəçilərinə sırımaq istəyir.
Ancaq görünən odur ki, bu Data Kartlardan istifadə edən abunəçilər internetdən istifadə etməkdə əziyyət çəkirlər. Belə ki, istifadəçilər bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulan "YENİ nəsil limitsiz Sür@ İnternetindən" nəninki faydalana bilir, əksinə internetə həsrət qalıblar.
Qeyd edək ki, Bakcell-in rəsmi saytında bu data kartlarla bağlı reklam xarakterli bir sıra şərtlər açıqlansa da, mobil operatorun reallıqda təklif etdiyi internet biabırçı durumdadır. Öncə gəlin şirkətin açıqladığı qaydalara diqqət yetirək:
"Bundan sonra bütün Bakcell abunəçiləri YENİ nəsil limitsiz Sür@ İnternetindən faydalana biləcəklər.
Bakcell bütün abunəçilərinə Sür@ Data Kart və yüksəksürətli mobil İnternet təklif edir. SİM-kartınızı USB modeminə (Data Kart) salıb onu kompüterinizə, noutbukunuza və ya hər hansı digər daşınar cihaza USB port vasitəsilə qoşun və harada olduğunuzdan asılı olmayaraq – evdə, yolda, işdə gündə 24 saat, həftədə 7 gün ərzində yüksəksürətli mobil İnternetdən yararlanın.
• Yüksək sürətli simsiz İnternet – Bakcell şəbəkəsinin olduğu hər bir yerdə Sür@ İnterneti hər an, hər yerdə Sizinlədir.
• Hər istifadə olunan MB üçün ödənişə ehtiyac yoxdur
• Sür@-li qoşulma – Sür@ Data Kartını əldə edin və elə həmin an, heç bir mütəxəssis gözləmədən İnternetə qoşulun.
• Qoşulmada rahatlıq — modemin quraşdurulması olduqda rahatdır. SİM kartı modemə daxil etdikdən sonra, modemi kompüterə qoşun və proqram təminatı özü avtomatik olaraq yüklənəcək!
• DataKart bütün əməliyyat sistemləri ilə istifadə oluna bilər: Windows XP, Vista, 7, 8, OSX. Modemin interfeysi Azərbaycan, İngilis və Rus dilindədir
• Sür@ — Modem 3G və GSM/EDGE şəbəkəsində işləyir. Məlumat ötürmə sürəti 3G şəbəkəsində 21 Mbit/s qədərdir.
• Xidmətlərin ödənilməsi — Mobil İnternet üçün xidmət haqqının ödənişini mobil rabitə üçün ödədiyiniz kimi həyata keçirə bilərsiniz.
İnternetdə istənilən fəaliyyət üçün yararlıdır: elektron poçtunuzu yoxlayın, İnternetdə videolara baxın, çat vo sosial şəbəkələrdə ünsiyyətdə olun, istədiyiniz mahnıları yükləyin və s.
Siz həmçinin Data Kartınızı müstəqil surətdə aktivləşdirib müxtəlif İnternet paketlərini əldə edə bilərsiniz:
• Sür@ Data Kartınızı aktivləşdirmək üçün star134hashcall yığın
• 3GB trafik ilə aylıq internet paketini aktivləşdirmək üçün star134hash3000hashcall yığın.
• Aylıq limitsiz İnternet paketini əldə etmək üçün star134hash7000hashcall yığın.
• Sürətin azalmasından qabaq mövcud trafik həcmini öyrənmək üçün star134star559hashcall yığın.
• Paketi yeniləyib yüksək sürətli internetdən istifadənizi davam etdirmək üçün star134star555hashcall yığın və ya modemin interfeysindən istifadə edin.
* Bu təklif yalnız öncədən ödəmə sistemi üzərində qurulmuş tariflər üçün yararlıdır. İnternetin keyfiyyətli istifadəsini təmin etmək məqsədi ilə ədalətli istifadə siyasəti tətbiq edilir. Trafik həcmi müəyyən həddə çatdıqda İnternetə qoşulma sürəti 64 kbit/s qədər enəcək
Aylıq 9 AZN olan limitsiz Sür@ İnternet paketini əldə etmək üçün star134star7000hashcall yığın".
Bu şərtlərə diqqət edəndə Bakcell şəbəkəsində heç bir problemin olmadığı zənn edilir. Ancaq bir aydan artıqdır ki, Bakının müxtəlif ərazilərində, xüsusən də Suraxanı rayonunda, rayonun Hövsan qəsəbəsində Bakcell-in internet şəbəkəsi demək olar ki, bərbad haldadır. Sür@ Data Kartlardan istifadə etmək isə mümkün deyil.
Bununla bağlı Bakcell mobil operatoru ilə əlaqə saxlanılsa da, problem həllini tapmır. Bakcell-dən üz döndərən abunəçilərin sayı isə günü-gündən artır.
Bir neçə gün öncə yaşanan problemlə bağlı Bakcell-in operator xidməti ilə əlaqə saxladıq. Bizimlə danışan operator xanım təqdim etdiyimiz nömrəni yoxladığını və işlək olduğunu bildirdi. O, ərazini qeydiyyata aldığını və şəbəkədə yaşanan problemi tezliklə aradan qaldıracaqlarını desə də, problem hələ də həllini tapmayıb. Görünür, müxtəlif yollarla abunəçilərini aldadan və onların hesabına varlanan şirkət növbəti yalanı ilə yenidən istifadəçilərinin başını qatmağa çalışır.
Mövzuya qayıdacağıq. Bakcell-lə bağlı növbəti araşdırmalarımız da olacaq.
Qaynar.info
Şərhlər