Xəbər lenti

Bakı Ağır Cinayətlər Məhkəməsində gərginlik
Ölkə12:29 28.06.2013

Bakı Ağır Cinayətlər Məhkəməsində gərginlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əlavə polis qüvvələri “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə təqsirləndirilən şəxslərin qohum-əqrəbasının başladığı dava-dalaşı yatırtmağa cəlb edilib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə və dələduzluqda təqsirləndirilən Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Vüsal Qurbanov, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilməli idi. Amma prosesə gələn təqsirləndirilə şəxslərin çoxsaylı qohumları ilə məhkəmə nəzarətçiləri arasında möhkəm dava düşüb. “Bizimyol.info”nun məlumatına görə, təqsirləndirilən şəxslərin qohumları məhkəmə prosesində iştirak etmək istəsələr də məhkəmə nəzarətçiləri zalda yerin olmadığını bildiriblər. Buna etiraz edən şəxslər məhkəmə binasına daxil olaraq hakimi hədələməyə başlayıblar və məhkəmə nəzarətçiləri ilə əlbəyaxa davaya başlayıblar. Vəziyyətin nəzarətdən çıxdığını üçün hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib, hazırda polis dava-dalaşın qarşısını almaqla məşğuldur. 

Qeyd edək ki, ittihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin rəhbər şəxsləri - H. Məmmədov və F. Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşən 26 vətəndaş zərərçəkən qismində tanınıb. Zərərçəkən 24 nəfərdən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.

Qaynar.info