Xəbər lenti

Bakı Beynəlxalq Hava Limanında oğurluq
Ölkə09:21 12.03.2014

Bakı Beynəlxalq Hava Limanında oğurluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aeroportda Fərid Əmrahova məxsus içərisində 3500 dollar pul və sənədlər olan çanta oğurlanıb

Beynəlxalq Hava Limanında oğurluq hadisəsi qeydə alınıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aeroportda Fərid Əmrahova məxsus içərisində 3500 dollar pul və sənədlər olan çanta oğurlanıb. Oğurluq edən şəxsin kimliyi məlum olub.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Beynəlxalq Hava Limanında Avtovağzal üzrə növbətçi işləyən Nigar Həsənova tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info