Xəbər lenti

Bakı finalının biletlərinin çoxu satıldı
Ölkə09:58 13.05.2019

Bakı finalının biletlərinin çoxu satıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Avropa Liqasının finalına artıq 16 gün qalır. Paytaxtımızda keçiriləcək möhtəşəm oyun üçün satışa çıxarılan biletlərin əksəriyyəti artıq satılıb. 
Qaynarinfo xəbər verir ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Firuz Abdullanın "Qafqazinfo”ya verdiyi məlumata görə, Bakıda satılan 10 min biletdən 9 mindən çoxu artıq öz sahibini tapıb. 
1000-ə yaxın bilet isə kassalarda qalıb. 
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.