Xəbər lenti

Bakı kəndlərində Demokratiya Şəbəkəsi yaradılacaq
Ölkə12:33 29.01.2014

Bakı kəndlərində Demokratiya Şəbəkəsi yaradılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Avropa Hərəkatı Bakı Ətrafı kəndlər olan Mərdəkan, Nərdaran, Bülbülə, Əmircan, Ramana və Qaraçuxurda təlimlər keçəcək.

Azərbaycan Avropa Hərəkatı (AAH) ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə “Bakı Ətrafı Yaşayış Məntəqələrində Gənc Liderlər Şəbəkəsi” adlı layihənin icrasına başlayıb.

Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən verilən məlumata görə, layihənin hazırlıq mərhələsində yerli qurumlarla nəzərdə tutulan təlimlərin keçirilməsi üçün müvafiq  görüşlər keçiriləcək və hədəf qrupu olan gənclərlərin təlimlərə cəlb olunması istiqamətində işlər görüləcək. Daha sonra Bakı Ətrafı kəndlər olan Mərdəkan, Nərdaran, Bülbülə, Əmircan, Ramana və Qaraçuxurda yerli gənclər üçün yerli icmalarda təhsilin rolunun artırılması, gənclərin icmada iştirakı ilə bağlı onlara təlimlər keçiriləcək.
Layihə çərçivəsində həmçinin qeyd olunan ərazilərdə gənclər arasında sorğular keçiriləcək, rəsmi və rəy sorğularından əldə olunan nəticələr əsasında hesabtalar hazırlabacaq.

Bununla yanaşı qeyd olunan kəndlərdən çıxmış uğurlu şəxslərin həyat hekayəsindən bəhs edən film hazırlanacaq.

Layihənin məqsədi hədəf seçilmiş qrupun üzləşdiyi problemlərin aradan qaldırılmasında gənclərin rolu, təhsilin əhəmiyyəti və digər mövzularda gənclərə təlimlər keçməkdir.

2013-ci ilin 1 dekabr tarixindən start götürən layhə çərçivəsində əməkdaşlıq üçün AAH-ı ictimaətə, xüsusən gənclərə müraciət edir.

Qaynar.info