Xəbər lenti

Bakı kinoteatrlarında “tragikomediya” - FOTOLAR
Ölkə06:06 12.03.2015

Bakı kinoteatrlarında “tragikomediya” - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı kinoteatrları təyinatı üzrə fəaliyyət göstərmir. Axar.az xəbər verir ki, “Nərimanov” kinoteatrı artıq yoxdur, yerində ticarət mərkəzi inşa olunub. “Bakı” kinoteatrının durumu isə daha dramatikdir: nə gələn var, nə kino nümayiş etdirən.
Bakı kinoteatrları arasında nisbətən yaxşı vəziyyət şəhərin mərkəzində yerləşən “Nizami” kinoteatrındadır. Buranın işçiləri tamaşaçı qıtlığından o qədər də əziyyət çəkmir. “Dostluq” kinoteatrı çayxanaya çevrilib. “Araz” kinoteatrı isə artıq xəritədən silinib, yerində mağaza fəaliyyətdədir. “Şuşa” kinoteatrı isə sökülüb. 
Qeyd edək ki, 2006-cı ildə prezidentin sərəncamı ilə kinoteatrlar özəlləşdirilib. Onların əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyinin balansından çıxarılaraq, sahibkarlar tərəfindən özəlləşdirilib. Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə, onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə etməyə başlayıblar. 
Qaynar.info