Xəbər lenti

Bakı klubundan yeni transfer
İdman16:56 12.02.2020

Bakı klubundan yeni transfer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidini transfer edib. 26 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Mabidi son olaraq Mərakeşin "Raca Kasablanka" klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien"in də formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.